Post by Tech.az

21,277 followers

Yenilənmiş Volgaların satışına başlanılıb Rusiyada yenidən istehsalına başlanılan Volga markalı avtomobillərin rəsmi satışına start verilib. Model sırasına K40 krossoveri, C50 biznes sedanı və flaqman K50 krossoveri daxildir. Avtomobillər adaptiv kruiz-kontrol, hərəkət zolağında saxlama sistemi, panoramik dam, dairəvi görüntü kameraları və səsli köməkçi kimi müasir texnologiyalarla təchiz olunub. Şirkətin məlumatına görə, yeni Volga modelləri Geely platformaları əsasında hazırlanıb və analoji avtomobillərdən daha sərfəli qiymətə təklif olunur. Avtomobillər Nijni Novqorodda yerləşən keçmiş Volkswagen və Skoda zavodunda istehsal edilir. İstehsalçı 5 il və ya 150 min kilometr zəmanət təqdim edir.

Post contentPost contentPost content