Post by Tech.az

21,401 followers

Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Polygraf AI arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Tərəflər Azərbaycanın süni intellekt ekosisteminin inkişafı, yerli mütəxəssislərin hazırlanması və təhlükəsiz AI həllərinin tətbiqi istiqamətində birgə fəaliyyət göstərəcək. Memoranduma əsasən, Bakıda Mərkəzi Asiya və Yaxın Şərq regionuna xidmət edəcək regional Mükəmməllik Mərkəzi yaradılacaq. Əməkdaşlıq çərçivəsində AI, kibertəhlükəsizlik və məlumatların məxfiliyi üzrə təlimlər, mentorluq proqramları və pilot layihələr həyata keçiriləcək. Tərəflər həmçinin Azərbaycanın rəqəmsal məhsullarının beynəlxalq bazarlara, xüsusilə Afrika ölkələrinə çıxışını dəstəkləyəcəklər. Farid Osmanov Innovation and Digital Development Agency Yagub Rahimov Polygraf AI

Post contentPost contentPost content