Post by PBA CJSC

3,618 followers

Yaradıcılığınız memarlığa yeni baxış qazandırır? Gələcəyin məkanlarını təsəvvür etməyə hazırsınız? O zaman, Konsept Memarı olaraq komandamıza qoşulun və CV-nizi [email protected] ünvanına göndərin. Əsas vəzifələr: • Layihələrin konsept və eskiz mərhələsində memarlıq həllərinin hazırlanması • Müştəri tələblərinin və layihə məqsədlərinin dizayn ideyalarına çevrilməsi • Eskizlər, moodboard və vizual konseptlər vasitəsilə dizayn ideyalarının təqdim edilməsi • Material seçimi, interyer və eksteryer dizaynında iştirak • Müştəri və rəhbərlikdən gələn dəyişikliklərin konsept dizaynına tətbiqi • Layihə rəhbəri və aparıcı memarın göstərişlərini icra etmək • Layihənin ilkin mərhələlərində digər dissiplinlərlə koordinasiya aparılması Tələblər: • Memarlıq üzrə ali təhsil • Minimum 3 il peşəkar təcrübə • AutoCAD, SketchUp, Photoshop, Render və Qrafik proqramlarında bilik • Yaradıcı və analitik düşüncə, estetik baxış və fəza anlayışı • Komanda ilə işləmək və ünsiyyət bacarığı • Müştəri ilə birbaşa işləmə bacarığı Üstünlüklər: • İnnovativ və dayanıqlı dizayn yanaşmalarında təcrübə • Güclü vizual təqdimat və render bacarıqları • İngilis və rus dillərini bilmək • Xaricdə təhsil təcrübəsinin olması • Yeni texnologiyalara açıq olmaq Şirkət təklif edir: • Gənc və peşəkar komanda ilə əməkdaşlıq • Yüksək komanda ruhu və dəstək mühiti • Peşəkarlardan dəyərli təcrübə qazanmaq imkanı • Beynəlxalq layihələrdə iştirak • Davamlı inkişaf üçün şərait • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək münasibətləri • 5 günlük iş rejimi Müraciət üçün son tarix: 15.07.2026 #PBA #Vakansiya #HR #Memar #KonseptMemar #Architect #ConceptDesignArchitect #ConceptDesign

Post content