Post by Parviz Guliyev
Al market MMC Area Manager- Azersun Holding
Çətin yollarda göstərilən dəstəyin dəyəri haqqında Həyat bəzən bizi gözləmədiyimiz çətinliklərlə üz-üzə qoyur. Son bir ildən artıqdır ki, yaşadığım ciddi sağlamlıq problemləri – keçirdiyim ağır beyin əməliyyatı, ardından davam edən şüa və kimyaterapiya müalicələri səbəbindən işimdən ayrı qalmaq məcburiyyətində qaldım. Bu çətin dövrdə mənə yalnız bir işçi kimi deyil, bir insan olaraq dəyər verən, yanımda olan və dəstəyini əsirgəməyən "Almarket" (Azərsun Holding) ailəsinə sonsuz təşəkkürümü bildirirəm. Belə böyük bir ailənin bir parçası olduğumu hiss etmək və həmkarlarımın mənəvi dəstəyini görmək sağalma prosesimdə mənə əvəzsiz güc verdi. 14 illik əmək fəaliyyətimin mühüm bir hissəsini keçirdiyim bu komanda ilə yenidən bir yerdə olmağı, birgə uğurlarımıza ortaq olmağı səbirsizliklə gözləyirəm. İnşallah, tezliklə sağlamlığıma tam qovuşub, yenidən əziz həmkarlarımın yanında olmaq və şirkətimizin inkişafına töhfə verməyə davam etmək diləyi ilə. Dəstək olan, xoş niyyətini və dualarını əsirgəməyən hər kəsə minnətdaram! #Minnetdarlıq #SağlamlıqYolu #Almarket #AzersunHolding #KomandaRuhu #Dəstək #Karyera #Motivasiya The Value of Support During Challenging Times Life sometimes brings us unexpected challenges. For over a year now, I have been away from work due to serious health issues, including major brain surgery followed by radiation and chemotherapy treatments. During this difficult journey, I want to express my deepest gratitude to the "Almarket" (Azersun Holding) family. They stood by me not just as an employer, but as a true support system, valuing me as a human being above all else. Feeling like a part of such a large family and experiencing their moral support has given me tremendous strength throughout my recovery process. Having spent a significant part of my 14-year career with this team, I am eagerly looking forward to reuniting with my dear colleagues and contributing to our shared successes once again. I am hopeful that I will soon fully recover, return to work, and continue striving for the development of our company. A heartfelt thank you to everyone who has supported me during this time! #Gratitude #HealthJourney #Almarket #AzersunHolding #Resilience #SupportSystem #CareerGrowth #TeamSpirit