Post by Madina Alizade
PM at Algoritmics Global
✨ #MəktəblilərarasıMilliHakaton2025-in ən innovativ layihələrindən biri Sizi bu il ölkədə keçirilən ən innovativ və yaradıcılıq dolu layihələrdən biri ilə tanış etmək istəyirəm — Məktəblilərarası Milli Hakaton. Elm və Təhsil Nazirliyi - The Ministry of Science and Education və Algorithmics Global ilə birlikdə həyata keçirdiyi mart ayında start verdiyimiz bu hakatona 350 mindən çox şagird qeydiyyatdan keçdi və çoxmərhələli seçimlərdən sonra yalnız 300 ən bacarıqlı iştirakçı finala yüksəldi. Bu, təkcə rəqəm deyil — bu, ölkənin ən istedadlı gənclərinin bir araya gəldiyi unikal bir ekosistem idi. Final mərhələsində şagirdlər 3 gün ərzində, 4 fərqli sahəyə aid problem üzərində işləyərək öz İT məhsullarını yaratdılar. Yaratdıqları layihələrin səviyyəsi isə gözləniləndən qat-qat yüksək oldu. Bu prosesdə onlara daim dəstək olan mentorlarımız isə ayrıca bir qürur mənbəyidir. Xüsusən də CodeForFuture ADNSU layihəsinin məzunlarının artıq bu hakatonda mentor kimi çıxış etməsi — bizim üçün həm gözəl, həm də mənalı bir mərhələdir. Bəli, onların artıq İT təcrübələri var idi. Amma hakatonda mentor kimi qazandıqları real komanda idarəçiliyi, problem həll etmə və yönləndirmə təcrübəsi — sözün əsl mənasında ölçülməzdir. Juma Arikhov İpek Rehimova Elvin Dzhavadov Nurlan Mammadli Gulana Hacızada Fakhri Gajar Peri Memmedova Nahid İsayev Farid H. Nuray Shiraliyeva Nuray Zakirova Amina Abdullayeva Tural Kazımov Minura Seyidova Niyyat Rzayev Yunis Gulamov və linkedin hesabını tapa bilmədiyim dəyərli mentorlarım) Kimi əlavə edə bilmədimsə üzrlü saysın) Bu yolda bizə dəstək olan dəyərli münsiflər heyətimizə ayrıca təşəkkürlərimi bildirmək istəyirəm. Aydan Shahaliyeva, Daniz Gudrat, Sahib Ibrahimov hakaton boyunca bizə göstərdiyiniz dəstəyə görə ayrıca təşəkkür etmək istəyirəm. Vugar Jafarov, Nurmahammad Nabiyev, Alinemet Isiyev (Alion GreenHeart) , Valeh Asadov, Hamlet Hajiyev, Emin Allahverdiyev, Mustafa İpek, Arif Mammadov qiymətləndirmədə göstərdiyiniz dəstəyə görə də ayrıca minnətdarlığımı bildirmək istəyirəm. Finalın son günü əldə olunan nəticələr isə heyrətamiz oldu. Qalib komandalardan biri cəmi 3 günə terminal üçün software hazırladı və təqdimat üçün ayrıca buklet formatında köməkçi sayt da yaratdı. Təsəvvür edin — 48 saat ərzində tam işlək bir məhsul! Bu hakaton bir daha göstərdi ki, ölkədəki gənc istedadların potensialı düşündüyümüzdən də böyükdür. Onlara sadəcə doğru platforma, doğru istiqamət və bir az da inam lazımdır.