Post by IOM Azerbaijan

827 followers

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi aprel ayının 13-15 tarixləri aralığında Lənkəranda İlkin Yardım tərəfləri üçün İnsan Alveri qurbanlarının müəyyən edilməsi üzrə üç günlük təlimi uğurla başa vurdu. Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” layihəsi çərçivəsində təşkil olunan təlimdə mövcud və potensial insan alveri qurbanları ilə işləyən və ya qurbanları aşkar etmək vəzifəsi daşıyan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN), Lənkəran rayonunun İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və sosial xidmət sahəsində çalışan qeyri hökümət təşkilatlarını təmsil edən nümayəndələr iştirak edirdi. Təlim zamanı BMqT, DİN-nin İnsan Alveri ilə Mübarizə Baş İdarəsi, “Təmas”regional inkişaf ictimai birliyi, MAGİYA İB, ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin əməkdaşları insan alveri, Azərbaycanda insan alverinə qarşı mübarizə sistemi, insan alveri qurbanlarının müdafiəsi ilə bağlı bilik və təcrübələrini iştirakçılarla bölüşdülər. Ətraflı / Read more: https://lnkd.in/e2AfANjE IOM Azerbaijan successfully completed a three-day training for First Responders on Identification of Victims of Trafficking held between 13-15 April 2022 in Lenkeran. The training was carried out by the IOM Azerbaijan under the “Counter-Trafficking in Persons Activity” project funded by the United States Agency for International Development (USAID/Azerbaijan). During the training, trainers of the CT Main Department of the Ministry of Internal Affairs, IOM Azerbaijan, TAMAS Public Union, MAGIYA PU, and the Social Service Agency of the Ministry of Labor and Social Protection (MLSP) shared their knowledge and experience on human trafficking, the system of combating human trafficking in Azerbaijan, and the protection of victims of human trafficking with the frontline workers from the executive power of the Lenkeran district, MIA, MLSP, and NGO’s working in social service. Gjorgjiev Vladimir

Post contentPost contentPost contentPost content