Post by İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

3,266 followers

🌍 Professor Vusal Gasimli London Universitetində keçirilən nüfuzlu beynəlxalq konfransda sessiyaya sədrlik edib 📌 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Böyük Britaniyanın London Universitetində (University of London), İngiltərə Mərkəzi Bankının (Bank of England) dəstəyi ilə keçirilən IFABS2026 – The International Finance and Banking Society beynəlxalq konfransında "#Finance and #Growth" sessiyasına sədrlik edib. 📝 Professor Vüsal Qasımlı tədbirdə "Reassessing the Forward-Looking #Taylor #Rule: Insights from the Turkish Economy (2002–2021)" mövzusunda elmi məruzə ilə çıxış edərək, Türkiyə iqtisadiyyatı nümunəsində pul siyasətinin effektivliyi və irəliyə yönəlmiş "Taylor qaydası" üzrə aparılan tədqiqatın nəticələrini beynəlxalq elmi ictimaiyyətə təqdim edib. 🔹 Vüsal Qasımlının sədrliyi etdiyi sessiyada Pierluigi Murro (Luiss Guido Carli University), Judit Temesvary (Federal Reserve System, Cornell University), Böyük Britaniyanın Edinburq Universitetindən (The University of Edinburgh) Leonidas Barbopoulos və Ke Bi müasir maliyyə və iqtisadiyyat sahəsində aktual məsələlərə həsr olunmuş tədqiqatlarını təqdim ediblər. Konfransın açılış mərasimində Barbara Casu (Deputy Dean, Bayes Business School, City St George's, University of London), David Stallibrass (Deputy Chief Economist, Financial Conduct Authority), Eddie Gerba (PhD) (The London School of Economics and Political Science (LSE) və Meryem Duygun (University of Nottingham, IFABS prezidenti) çıxış edərək maliyyə sisteminin dayanıqlılığı, beynəlxalq elmi əməkdaşlıq və innovativ tədqiqatların əhəmiyyətini vurğulayıblar. Tədbirdə əsas məruzəçilər sırasında David Bailey (Bank of England), Nicola Cetorelli (Federal Reserve Bank of New York) və Xavier Vives ( European Central Bank) yer alıblar. 2008-ci ildə Böyük Britaniyada təsis edilən The #International #Finance and #Banking #Society (IFABS) hazırda 67-dən çox ölkədən 6 500-dən artıq üzvü birləşdirən maliyyə və bankçılıq sahəsində aparıcı beynəlxalq elmi platformalardan biridir. #IFABS2026 #UniversityOfLondon #FinanceAndGrowth #MonetaryPolicy #TaylorRule #EconomicResearch #CAERC #Finance #Economics #GlobalResearch

Post contentPost contentPost contentPost contentPost contentPost contentPost contentPost contentPost content