Post by Azərbaycan Sahibkarlar Konfederasiyası / Azerbaijan Entrepreneurs Confederation
3,905 followers
Aprelin 10-da Azərbaycan #Sahibkarlar Konfederasiyasının (#ASK) üzvləri olan iki - Özəl Tibb Müəssisələri Assosiasiyası (#ÖTMA) ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyaları (#AHTTSA) arasında əməkdaşlıq memorandumu imzalanıb. Tədbirdə özəl klinikaların nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatları, media nümayəndələri, həmçinin dövlət və özəl sektorun müxtəlif qurumlarından olan təmsilçilər iştirak edib. Tədbir Azərbaycan səhiyyəsi, özəl tibb sektoru və turizm sənayesi arasında institusional əməkdaşlığın gücləndirilməsi, sağlamlıq turizmi üzrə yeni inkişaf mərhələsinin təşviqi və sektorlararası tərəfdaşlıq platformasının formalaşdırılması baxımından əhəmiyyətli hesab olunur. Ətraflı: https://lnkd.in/dJdhPuFz