Post by Azərbaycan Sahibkarlar Konfederasiyası / Azerbaijan Entrepreneurs Confederation

3,872 followers

Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv dövlətlərin hökumət nümayəndələrinin və sosial tərəfdaşların iştirakı ilə Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası keçirilir. Sözügedən tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov iştirak ediblər. Nümayəndə heyətinə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidentləri Jalə Hacıyeva, Vüqar Abbasov da daxildir. Sessiyada BƏT-in Baş direktorunun və İdarə Heyəti sədrinin məruzələri, konvensiya və tövsiyələrin tətbiqi ilə bağlı məlumat və hesabatların dinlənilməsi, platforma iqtisadiyyatında layiqli iş üzrə standartların müəyyən edilməsi, iş yerində gender bərabərliyinin təmin edilməsi ilə bağlı ümumi müzakirələrin aparılması, eləcə də konfransın gündəliyinə daxil olan digər məsələlərə baxılması nəzərdə tutulub. International Labour Organization Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası #BeynəlxalqƏməkKonfransı #BƏT #ILO #ASK #sahibkarlar #SahibkarlarKonfederasiyası #SosialTərəfdaşlıq #Layiqliİş #GenderBərabərliyi #Cenevrə #ƏməkMünasibətləri #ƏƏSMN #AHİK

Post contentPost contentPost contentPost contentPost contentPost content