Post by Azərbaycan Sahibkarlar Konfederasiyası / Azerbaijan Entrepreneurs Confederation

3,859 followers

Bakı Enerji Həftəsi çərçivəsində ölkəmizdə işgüzar səfərdə olan Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında görüş keçirilib. İşgüzar görüşdə həmçinin Assosiasiyaya üzv olan "EVERLLENCE SE" və "CMS Hasche Sigle mbB" şirkətlərinin nümayəndələri də iştirak ediblər. Görüş zamanı qonaqlara Azərbaycanda mövcud olan əlverişli investisiya imkanları barədə ətraflı məlumat təqdim edilib. Eyni zamanda, nümayəndə heyəti ilə gələcək iqtisadi və ticari əməkdaşlıq istiqamətləri, o cümlədən potensial tərəfdaşlıq əlaqələrinin qurulması perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Beynəlxalq tərəfdaşlarla bu cür davamlı dialoqların qurulması və inkişaf etdirilməsi ölkəmizin iqtisadi potensialının təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. German Eastern Business Association #BakıEnerjiHəftəsi #BakuEnergyWeek #Azərbaycan #Almaniya #İnvestisiya #Biznes #Əməkdaşlıq #İqtisadiyyat #Sahibkarlıq #ASK #sahibkarlar

Post contentPost contentPost content