Post by Azərbaycan Sahibkarlar Konfederasiyası / Azerbaijan Entrepreneurs Confederation

3,915 followers

Azərbaycan Sahibkarlar Konfederasiyasında UN Women proqramının Qadınların İqtisadi Səlahiyyətləndirilməsi üzrə mütəxəssisi və Cənubi Qafqaz regionu üzrə portfolio meneceri Zəhra Şeyx Əhməd ilə görüş keçirilib. Görüş zamanı proqram çərçivəsində qadınların iqtisadi imkanlarının genişləndirilməsi, sosial rifahının artırılması, həmçinin uşaqların müdafiəsi və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən və planlaşdırılan təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycanda qadın sahibkarlığının inkişafı, onların biznes mühitində fəallığının artırılması və institusional təşkilatlanmanın gücləndirilməsi məsələləri və təşkilatlanmasına ASK-nın verdiyi töhfələr diqqətə çatdırılıb. Eyni zamanda, gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsi, təlim və mentorluq proqramlarının təşkili, eləcə də qadın sahibkarların dayanıqlı inkişafının təşviqi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib. Görüş tərəflər arasında əlaqələrin daha da genişləndirilməsi və praktik əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunub. #ask #sahibkarlar #QadınSahibkarlığı #QadınlarınGücləndirilməsi #WomenEmpowerment #WomenInBusiness #GenderEquality #UNWomen #AzərbaycandaQadınlar #Sahibkarlıq #Biznesİnkişafı #EconomicEmpowerment #Dayanıqlıİnkişaf #Sosialİnkişaf #Leadership #Innovation #Networking #BusinessWomen #EmpowerWomen #FutureOfWork #Partnership #Collaboration #DevelopmentGoals #SDGs #EmpoweringChange #StrongWomen #BusinessNetworking

Post contentPost content