Post by Azərbaycan Sahibkarlar Konfederasiyası / Azerbaijan Entrepreneurs Confederation
3,918 followers
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) daha bir təşəbbüsü uğurla nəticələndi! Dəyərli sahibkarlar, sizə gözəl xəbərimiz var! Bildiyiniz kimi, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması və sahibkarlarımızın xərclərinin optimallaşdırılması istiqamətində davamlı olaraq çalışırıq. Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti yanında "Sahibkarlarla Əməkdaşlıq Şurası"nın iclasında qaldırdığımız və üzərində fəal işlədiyimiz təkliflərdən biri artıq öz müsbət həllini tapdı! Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni qərarı ilə, 1 iyun 2026-cı il tarixindən etibarən ödəniş sistemləri iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı hədləri təsdiqləndi. Yeni qərara əsasən tariflər aşağıdakı kimi müəyyən olunub: Aptek və ərzaq mağazaları (supermarketlər) üzrə – ödəniş məbləğinin 1,25%-i Yanacaqdoldurma məntəqələri üzrə – 0,75%-i Ümumi (general) kateqoriya üzrə isə – 1,5%-i Sahibkarların səsinə həssaslıqla yanaşdıqlarına, biznes mühitinin inkişafına göstərdikləri bu mühüm dəstəyə və təşəbbüsümüzü müsbət dəyərləndirdiklərinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankına xüsusi təşəkkürümüzü bildiririk. Biznesinizin inkişafı və hüquqlarınızın müdafiəsi üçün fəaliyyətimizi əzmlə davam etdiririk. Birlikdə daha böyük uğurlara! İstinad: https://lnkd.in/dwrxrf2m Azərbaycan Respublikasının Mərkəzi Bankı / Central Bank of the Republic of Azerbaijan #ASK #Sahibkarlıq #Sahibkarlar #MərkəziBank #BiznesMühiti #İnterçeync #NağdsızÖdəniş #İqtisadiyyat #Uğurumuz #AzərbaycanBiznesi