Post by AZIAA
1,179 followers
Əziz AZİAA üzvləri, AZIAA-nın 3-cü ildönümü münasibətilə keçiriləcək “La Festa Verde: Roots of Friendship – Growing Together” adlı xüsusi yubiley tədbirimizə sizi böyük məmnuniyyət hissi ilə dəvət edirik. Tədbir, ADA Universitetinin İtaliya Azərbaycan Universiteti layihəsinin, Kənd Təsərrüfatı və Qida Elmləri Fakültəsi, ASAP Tələbə və Məzun Platforması, ADA AQRO İnnovasiya Klubu və Project Flat ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. “Act, Achieve and Sustain” mövzusu altında keçiriləcək bu xüsusi tədbir AZIAA-nın son üç il ərzində qazandığı uğurları, eləcə də İtaliyada təhsil almış azərbaycanlı məzunlar, akademik qurumlar və tərəfdaş təşkilatlar arasında formalaşmış möhkəm dostluq və əməkdaşlıq əlaqələrini bir araya gətirərək qeyd etməyi hədəfləyir. Bununla yanaşı, təşəbbüs davamlılıq dəyərlərinin, ekoloji düşüncənin və gənc peşəkarlar arasında yeni əlaqələrin təşviqinə töhfə verir. Tədbir çərçivəsində məzunlarımızı, tərəfdaşlarımızı və dəyərli qonaqlarımızı bir araya gətirəcək xüsusi məna daşıyan simvolik güləkmə mərasimi təşkil olunacaqdır. Bu təşəbbüs yalnız ətraf mühitə töhfə vermək məqsədi daşımır, eyni zamanda illər ərzində formalaşmış səmimi dostluq münasibətlərinin, qarşılıqlı etimadın və birgə nailiyyətlərimizin yaşadılmasını və gələcək nəsillərə ötürülməsini təcəssüm etdirir. Əkilən hər bir gül inkişafın, həmrəyliyin, dostluğun və AZIAA məzun icmasının daşıdığı davamlı dəyərlərin zərif, ilhamverici və yadda qalan simvoluna çevriləcəkdir. Qeydiyyat 'first come first serve' prinsipi əsasında keçirilir. 📅 Tarix: 9 iyun 2026 🕙 Vaxt: 15:30 – 18:00 📍 Məkan: ADA Universiteti 👉Qeydiyyat linki: https://lnkd.in/d7UyuRFZ