Post by Azerbaijan State University of Economics • UNEC
69,018 followers
UNEC Məzunlar Assosiasiyası təsis edildi🎓 Tədbirdə universitetin müxtəlif illərdə məzun olmuş, hazırda dövlət və özəl sektorda rəhbər vəzifələrdə çalışan tanınmış məzunlar iştirak ediblər. Assosiasiyanın yaradılmasında məqsəd dünya təcrübəsinə uyğun güclü məzunlar şəbəkəsi formalaşdırmaq, məzunlar arasında əlaqələri möhkəmləndirmək, peşəkar əməkdaşlıq imkanlarını genişləndirmək və onların universitetin inkişafında daha fəal iştirakını təmin etməkdir. Təsis yığıncağında millət vəkili Tahir Mirkişili Assosiasiyanın İdarə Heyətinin sədri, “Marsol Group”un təsisçisi Tural Mustafayev sədr müavini, UNEC-in əməkdaşı Ülkər İbrahimli isə katib seçilib. Tədbir çərçivəsində məzunlar arasında əlaqələrin gücləndirilməsi, peşəkar əməkdaşlıq imkanlarının genişləndirilməsi və universitetlə davamlı kommunikasiyanın təmin olunmasına xidmət edəcək yeni UNEC Məzun Platforması – alumni.unec.edu.az təqdim olunub. Ətraflı: https://lnkd.in/dZc_NBCt #UNEC #MəzunAssosiasiyası Tahir Mirkishili🇦🇿 Farid Huseynov