Post by Azerbaijan State University of Economics • UNEC
68,882 followers
Mayın 21-də Heydər Əliyev Mərkəzi, UNEC və Regional İnkişaf İctimai Birliyi ilə birgə VIII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransına (ISCEMR2026) start veriləcək. "Süni İntellekt və kiçik dövlətlərin strateji seçimləri" mövzusuna həsr olunan builki konfrans Heydər Əliyev Mərkəzində keçiriləcək. Konfransın ilk günündə "Süni İntellekt və rəqəmsal iqtisadiyyat: Azərbaycan üçün İnkişaf modelləri" və Orta Doğu Texniki Universitetinin (ODTÜ) təşkilatçılığı ilə "Təhsildə Süni İntellekt" adlı iki panel müzakirəsi olacaq. Ayın 23-dək davam edəcək konfrans çərçivəsində süni intellektin müxtəlif aspektlərinə dair 41 fərqli müzakirə keçiriləcək. Konfrans çərçivəsində nəşr olunmuş kitabların sərgisi də olacaq. #UNEC #ISCEMR2026