Post by Azerbaijan State University of Economics • UNEC

69,068 followers

UNEC-də ilk dəfə ingilis dili imtahanı üzrə yekun imtahan APTİS formasında və British Council (BC) tərəfindən keçirildi. UNEC qərarına əsasən, məzun olmaq üçün ingilis dili üzrə minimum B1 nəticə tələb olunur. 9 iyunda ingilis dili üzrə BC-yə verilmiş ilk imtahanın nəticələri bəlli oldu. Nəticələr gözlədiyimizdən qat-qat yaxşıdır! Belə ki, imtahan vermiş 316 tələbədən 308 tələbə və yaxud 97,5% uğur əldə etmişdir. O cümlədən 32 tələbə maximum nəticə - “C”, 163 tələbə -“B2”, 113 tələbə -“B1” nəticə göstərmişdir. Cəmi 8 tələbə və yaxud 2,5% imtahanı uğursuz vermişdir. Həmin 8 tələbədən ikisinin “danışıq” üzrə nəticəsi “0” olmuşdur. Fikrimizcə, belə nəticə tələbənin çox yavaş danışması və yaxud texniki səbəblə bağlıdır və hər iki tələbəyə “danışıq” üzrə yenidən imtahan təşkil ediləcək. Qeyd etməliyəm ki, tələbələrin ən yüksək nəticələri - 96,8% - məhz “danışıq” üzrədir. Tələbələrimizi uğurlu nəticə münasibətilə təbrik edirəm! Mən sizə inanırdım və inamımı doğrultduğunuza görə təşəkkür edirəm! Xüsusilə də, belə yüksək nəticələrin təmin edilməsində böyük əmək sərf etmiş Xarici Dillər Departamentinin direktoru dosent Aysel xanım Xəlilova başda olmaqla, ingilis dili müəllimlərinə dərin minnətdarlığımı bildirirəm! Ədalət Muradov, UNEC-in rektoru. #UNEC #APTİS

Post content