Baku, Baku Ekonomic Zone, Azerbaijan
"Biyografiya" Niftalı Anar oğlu Namazlı — azərbaycanlı aktyor, model, teatr və televiziya sənətçisi. 21 mart 1999-cu ildə Bakı şəhərində, varlı ailədə anadan olub. Mərhum hüquqşünas və biznesmen Axundov Paşanın nəvəsidir. Niftalı əslən Qərbi Azərbaycandan və Bakıdandır. Dram, komediya və psixoloji janrlarda ixtisaslaşmışdır. --- Təhsil və ailə Niftalı Namazlı ilk təhsilini Etibar Cəlilov adına 272 saylı məktəbdə alıb. Daha sonra Əhmədliyə köçərək təhsilini 98 saylı məktəbdə davam etdirib. Məişət problemlərinə görə aktyor Bakını qısa müddətlik tərk edərək Naxçıvanda yerləşən məktəblərdən birində orta təhsilini davam etdirib və orada məktəbi bitirib. Aktyorluq üzrə təhsilini aktrisa Nəzakət Məmmədova və Azərbaycan Respublikasının Xalq artisti Arif Quliyevdən alıb. Uşaqlıqdan sənətə maraq göstərsə də, bu yolda uğurlarını əsasən öz istedadı və əzmi ilə qazanmışdır. Onun sənət yolunda qarşısına çıxan ən böyük maneələrdən biri ailəsinin aktyorluqla bağlı seçimlərinə qarşı çıxması olub. Ailəsi onu hüquqşünas və ya həkim kimi görmək istəsə də, Niftalı seçdiyi sənət yolundan dönməyib və iradəsi ilə özünü aktyor kimi sübut edib. Ailədə dörd uşaqdan biridir – iki kiçik qardaşı və bir bacısı var. Anası ixtisasca fortepiano müəlliməsi və stilistdir. --- Yaradıcılıq fəaliyyəti Niftalı Namazlı ilk beynəlxalq layihələrini 2018-ci ilin əvvəllərində Türkiyədə əldə etmişdir. Kast direktoru və menecer Yusuf Gümüşoğlu ilə əməkdaşlıq nəticəsində ilk serial təcrübəsinə imza atsa da, əsas səbəb onun öz istedadı və seçmələrdə uğurlu çıxışı olmuşdur. --- Filmoqrafiya Diriliş: Ertuğrul (2018, Türkiyə) Mehmetçik Kutülamare (2018, Türkiyə) Yad Gəlin (2019) Ata Ocağı (2022) Şirin (TV serial, 2025) Nargin Adaları (film, 2024) Tağıyev (film, 2023) "Oğurluq Həyat" T/s 2025 --- Teatr tamaşaları Vətən Sevgisi (2023, Naxçıvan Dövlət Dram Teatrı) – rol: həkim və hərbçi. Rejissor: Nəsimi Məmmədzadə, partnyoru: Mehriban Xanlarova. Dilbər (2024, Cəfər Cabbarlının əsəri əsasında) – diplom almış tamaşa. 15-dən çox müxtəlif teatr tamaşasında çıxış edib. --- Televiziya layihələri Bişir Qazan (qalib, 2024) Suna ilə Yeməyə Dəyər (2023) "Zarafat Bir Yana" (2026) --- Mükafatlar və titullar Best Of Best Fashion Show 2022 – Yaz ayının ən yaxşı modeli Miss & Mister Face 2022 – Yarışın kreativ modeli Best Of Best Fashion Show 2022 – Defilə modeli diplomu Fenomen Model Academy – “Heydər Əliyev - 100” qaliblər diplomu (2023) Creative Fashion Certificate 2025 – Yarışın 2-cisi