Baku Ekonomic Zone, Azerbaijan
Mən Həmidə Qasımova, hazırda korporativ hüquq və müqavilə hüququ sahəsində fəaliyyət göstərən hüquqşünasam. Müxtəlif şirkətlərdə hüquqi sənədlərin hazırlanması, müqavilələrin yoxlanılması və hüquqi risklərin qiymətləndirilməsi üzrə təcrübəm var. Həmçinin məhkəmə və icra prosesi ilə də məşğul oluram. Hüquqi biliklərimi daim təkmilləşdirməyi, yeni hüquq sahələri üzrə ixtisaslaşmağı və şirkətlərə daha effektiv hüquqi dəstək göstərməyi hədəfləyirəm. Həmçinin şəxsi inkişaf və hüquq sahəsində təlimçilik fəaliyyətini də gələcək planlarım arasında görürəm.