Baku, Baku Ekonomic Zone, Azerbaijan
Müxtəlif sahələrdə topladığım təcrübə ilə həm təşkilatçılıq, həm də ünsiyyət bacarıqlarımı inkişaf etdirmişəm. “Futbol+” idman qəzetində 3 il fəaliyyət göstərmişəm. Futbol sahəsində fəaliyyətim zamanı media təcrübəsi qazanaraq oyunlardan reportajlar hazırlamış, müsahibələr və açıqlamalar almışam. Bu proses mənə insanlarla düzgün ünsiyyət qurmağın və informasiyanı doğru şəkildə çatdırmağın vacibliyini öyrədib. 11 illik intellektual oyunlar təcrübəsinə sahibəm. Bu müddətdə gənclər, tələbələr və şagirdlər arasında müxtəlif formatlarda yarışlar təşkil etmiş, eyni zamanda ölkə üzrə keçirilən bir çox yarışlarda iştirak edib uğurlu nəticələr əldə etmişəm. Hazırda Azərbaycan İntellektual Oyunlar Klubunda vitse-prezident kimi fəaliyyət göstərirəm. Peşəkar fəaliyyətimi isə Elm və Təhsil Nazirliyi Uşaqların Müdafiəsi İdarəsində baş mütəxəssis olaraq davam etdirirəm. Əsas istiqamətim məktəblərdə şagirdlərin təhlükəsizliyinin təmin olunması, valideyn–müəllim–şagird münasibətlərinin gücləndirilməsi və uşaqların intellektual inkişafına yönəlmiş layihələrin həyata keçirilməsidir. Bundan əlavə, Zenix Football Academy-nin qurucusu olaraq gənclərin idman vasitəsilə inkişafına töhfə verməyə çalışıram. Eyni zamanda vizual və kreativ yanaşmamı inkişaf etdirmək üçün şəxsi layihələr üzərində də çalışıram. Məqsədim — fərqli sahələrdə qazandığım təcrübəni birləşdirərək həm özümü inkişaf etdirmək, həm də cəmiyyətə dəyər qatmaqdır.
Uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərir, şagirdlərlə iş aparır, problemlərin həllinə dəstək olur və müxtəlif tədbirlərin təşkili ilə məşğul oluram.
Respublika səviyyəli intellektual yarışları, o cümlədən Xəmsə, Breyn-Rinq və NHN turnirlərini təşkil edir və həyata keçirirəm. İndiyə qədər məktəblilər, tələbələr və gənclər arasında 1000-ə yaxın intellektual yarış keçirmişəm.
“Futbol+ qəzetində çalışdığım müddətdə saytın idarə olunmasını həyata keçirmiş, müntəzəm olaraq müsahibələr, açıqlamalar və məqalələr yazmışam. Bir çox futbol oyunlarında iştirak edərək yerindən reportajlar hazırlamış və real media təcrübəsi qazanmışam.”